Çingiz Firuddin oğlu Məmmədov
Gəncədə anadan olmuşdur. Moskva Dağ-Mədən Mühəndisləri və M. Qorki Adına Ədəbiyyat İnstitutlarını bitirmişdir. Dövlət İdarəetməsi üzrə Magistr dərəcəsini ABŞ İndiana Universitetində almışdır. 1988-1991-ci illərdə “Kirovabadski Rabochiy”/”Vestnik Gənci” qəzetində işləmişdir. 1989-1993-cü illərdə müstəqil “Vətən” qəzetinin təsisçisi və redaktoru olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri işləmişdir. 2002-2004-cü illərdə Azərbaycan Mikro-maliyyə Assosiasiyasının sədri olmuşdur. 2004-2005-ci illərdə ABŞ-da “National Endowment for Democracy”/(NED) Azərbaycanın İnkişaf perspektivləri, 2007-2008-ci illərdə isə Woodrow Wilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzində Azərbaycanda Milli Kimliyin inkişafı üzrə tədqiqatlar aparmışdır. 2009-2023-cü illərdə BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda ekoloji layihələrin rəhbəri olmuşdur. Azərbaycan, rus və ingilis dilində milli və regional inkişafın müxtəlif sahələrinə aid təqdimat və məqalələrlə Azərbaycan, ABŞ, Polşa, Rusiya, Almaniya, Gürcüstan, Norveç, Yunanıstan və digər ölkələrdə çıxış etmişdir.
ENGLISH
Chingiz Mammadov
Born in Ganja. Graduated from Moscow Mining Technology University and Moscow Literature University named after M. Gorki. Received his Master’s degree in Public and Environmental Affairs Protection from Indiana University/USA. In 1988-1991 worked for “Kirovabadski Rabochiy”/”Vestnik Gandji” newspaper. In 1989-1993 established and was the chief editor of the independent “Vatan” newspaper. In 1992-1993 headed the Public Relations Unit to the President of Azerbaijan. In 2002-2004 chaired the Azerbaijan Micro-Finance Association. In 2004-2005 conducted research on the perspectives of development in Azerbaijan. In 2007-2008 conducted research on the development of national identity in Azerbaijan at the Woodrow Wilson International Center for Scholars in Washington DC. In 2009-2023 worked as the Head of “Environment & Energy” Unit at UNDP office in Azerbaijan. Held presentations and wrote articles on different aspects of national and regional development in Azerbaijan, US, Poland, Russia, Georgia, many other countries.
РУССКИЙ
Чингиз Мамедов
Родился в Гяндже. Окончил Московский Горный институт и Литературный Институт им.
Горького. Магистратуру по специальности “Государственное Управление и Охрана Окружающей среды» окончил в Индиана Юниверсити/США. В 1988-1991 работал в газете «Кировабадский Рабочий»/»Вестник Гянджи». В 1989-1993 годах основал и был главным редактором независимой газеты «Ватан». В 1992-1993 годах был заведующим отделом по связям с общественностью Президента Азербайджана. В 2002-2004 годах был Председателем Микро-финансовой Ассоциации Азербайджана. В 2004-2005 годах провел исследование о перспективах развития Азербайджана в Национальном Фонде Демократии (NED). В 2007-2008 провел исследование о развитии национальной идентичности в Азербайджане в Международном Центре Исследований имени В. Вильсона в Вашингтоне. В 2009-2023 годах руководил отделом по «Энергетике и Защите Окружающей Среды» в Программе Развития ООН в Азербайджане. Выступал с презентациями и является автором статей о различных аспектах национального и регионального развития в Азербайджане, США, Польше, России, Грузии и многих других странах.
Şahin Culfa
Gəncədə anadan olmuşdur. 1981-də Samara Aerokosmik Universitetini bitirmiş, 1989-cu ildə “Vətən” müstəqil qəzetin təsisçilərindən biri və 1993-1994 illər arası redaktoru olmuşdur. 1992-1993 illərdə Gəncə şəhəri Nizami rayonunun icra hakimiyyəti başçısının 1-ci müavini, 1993-1995 illərdə Ali Sovet (MM) nəznində, Humanitar və Strateji araşdırmalar mərkəzində aparıcı mütəxəssis, 1995-2021 Lufthansa şirkətinin Bakı stansiyasında növbə rəisi vəzifəsində çalışmışdır. Hal-hazırda təqaüdçüdür və Almaniyada yaşayır.
Namiq Əsgər
Əsgər-Nəcəf Namiq, 1958-ci ildə Gəncədə anadan olmuşdur. Ata babası ailəsi ilə, ana babası isə ailəsini Gəncədə qoyub, 1936-1937-ci illərdə Gəncədən İrana mühacirət etməli olmuşlar. Ata babasının soyadı Məmmədov olsa da, İranda “Əsgər-Nəcəf” soyadını götürmüşdür. Sonralar hər iki babası və atası 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökümət dövründə milli-azadlıq hərəkatında fəal iştirak etmişlər. Atası Cənubi Azərbaycan Milli Höküməti tərəfindən Azərbaycan SSR-yə hərbi məktəbə göndərilmiş 400 gənc inqilabçıdan biri idi. Milli Hökümət Şah istibdadı tərəfindən devriləndən sonra atası yenidən Gəncədə məskunlaşmışdır.
1977-1979-cu illərdə Belorusiyada 2 il hərbi qulluqda olmuş, 1988-ci ildə AzKTİ-nu (indiki ADAU) bitirmişdir. 2002-ci ildə ailəsi ilə birlikdə İsveçə mühacirət etmişdir. İndi də orada yaşayır. Ailəlidir, üç qızı var.